Ronaldo qayıtdı
09.04.2022 - 13:25
“Mançester Yunayted” Premyer Liqanın “Everton”la bugünkü oyununa itkilərlə çıxacaq.
Apasport.az saytının məlumatına görə, bunu baş məşqçi Ralf Ranqnik açıqlayıb.
Almaniyalı mütəxəssis bildirib ki, Kriştiano Ronaldo heyətə qayıtsa da, digər itkilər var: “Kriştiano qayıtdı. Lük Şou hələ də zədəlidir. Edinson Kavani və Rafael Varan da eyni səbəbdən “Everton”a qarşı oynamayacaq. Bunu Skott Maktominay barədə də demək olar. Bu dörd futbolçu oynaya bilməyəcək”.
0
0