Ronaldo üçün sual: “33 yaşdan sonra başa düşdüm ki...”
16.01.2022 - 00:24
Ronaldo üçün sual: “33 yaşdan sonra başa düşdüm ki...”

Portuqaliya millisinin və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo karyerasını bitirmək barədə düşünmür.

Apasport.az saytının məlumatına görə, 37 yaşlı ulduz hücumçu hələ 5 ilə yaxın yüksək səviyyədə oynamağı planlaşdırır.

Ronaldo gələcək karyerası barədə fikirlərini bölüşərkən bədəninin buna qadir olduğunu deyib: “Fiziki cəhətdən özümü 30 yaşında hiss edirəm. Öz bədənimin qayğısına qalıram. 33 yaşdan sonra başa düşdüm ki, bədənim lazım olsa mənə kömək edəcək. Əsas döyüş psixoloji cəbhədədir. Son hədəf – yüksək səviyyədə qalmaq üçün çox maneələri keçmək çətindir. Daha çox şüurum üzərində çalışıram. Bilirəm ki, bədənim mənə kömək edər. Xoşbəxtəm, oynamaq və nə olacağına baxmaq istəyirəm. Aydınlaşdırmaq istəyirəm ki, 40, 41 və ya 42 yaşına qədər oynaya bilərəmmi? Amma ən önəmlisi hər andan zövq almaqdır”.