İspaniya La Liqasının XXIII turu “Real”ın tarixinə yeni rekordçunun düşməsi ilə əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, “Osasuna” üzərində 4:1 hesablı səfər qələbəsinə məhsuldar ötürmə ilə töhfə verən Kərim Benzema Madrid təmsilçisinin heyətində 132-ci assistini rəsmiləşdirib.
2009-cu ildə “Lion”dan transfer olunan fransalı bu göstəricidə klub tarixinin rekordunu yeniləyib. O, Kriştianu Ronaldonu (131) arxada qoyub.
Bu qələbə Zinəddin Zidanın La Liqada “Real”la 88-ci uğuru olub. 2016-18-ci illərdə çalışdığı komandaya ötən ilin əvvəlində qayıdan mütəxəssis bu göstəricidə portuqaliyalı Joze Mourinyonu (87) keçib.
Qələbədə qolla pay sahibi olan Serxio Ramos isə “Real”ın heyətində 90-cı qolunu vurub. 2004-cü ildə “Sevilya”da oynadığı vaxt qol hesabını açan müdafiəçi son 17 təqvim ilində qol sevinci yaşayan yeganə futbolçudur.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı