AFFA-nın prezident seçkiləri keçirilib.
Apasport.az saytının məlumatına görə, qurumun rəhbəri assosiasiyanın bu gün keçirilən növbəti Konfransında seçilib.
“Bulvar otel”də baş tutan tədbirdə Rövnəq Abdullayev yenidən AFFA-nın prezidenti olub. Seçkilərdə yeganə namizəd olan qurum rəhbəri 2024-cü ilə qədər ölkə futboluna rəhbərlik edəcək.
O, 4-cü dəfə bu vəzifədə çalışacaq. İlk dəfə 2008-ci ildə AFFA-nın prezidenti seçilən R.Abdullayev 2012-ci və 2016-cı illərdə Konfransın etimadını qazanıb.
Qeyd edək ki, R.Abdullayev AFFA-nın sayca 3-cü prezidentidir. Ona qədər Fuad Musayev (1992-2003) və Ramiz Mirzəyev (2003-2007) qurumun rəhbəri olub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı