Rövnəq Abdullayev AFFA prezidentliyinə namizədliyini irəli sürdü
18.01.2020 - 23:11
AFFA prezidenti Rövnəq Abdullayev qurumun rəhbəri vəzifəsi üçün yenidən namizədliyini irəli sürüb.
Apasport.az-ın məlumatına görə, bu barədə assosiasiya rəsmi saytı vasitəsilə bəyanat yayıb.
Bildirilir ki, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq, Rövnəq Abdullayev 2020-ci il yanvarın 28-də keçiriləcək növbəti Konfransda AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
Qeyd edək ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə 2012-ci ildə, üçüncü dəfə isə 2016-cı ildə AFFA-nın prezidenti seçilib.
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
0
0