“Futbolla bağlı ən böyük hədəfim 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak etməkdir”.
Apasport.az saytının məlumatına görə, bunu ötən ay “Sabah”dan ayrılaraq “Deportes Tolimo” klubuna transfer edilən Rocer Roxas deyib.
Kolumbiya klubunun heyətində qısa müddətdə qollarını sıralamağa başlayan honduraslı hücumçu “Sabah”dan ayrılmasını xatırlayıb. 30 yaşlı forvard bildirib ki, Bakı klubunda olarkən ondan “Deportes Tolima”da oynamaq istəyib-istəmədiyini soruşublar: “Baş məşqçi Ernan Torres zəng vuraraq Azərbaycandakı vəziyyətimlə maraqlanırdı. Ona “Deportes Tolima”ya keçmək istədiyimi bildirdim. Azərbaycan klubu ilə danışdım, ayrılmaq istəyimi anlayışla qaşıladılar”.
Qeyd edək ki, “Sabah”a ötən yay “Alaxuelense”dən (Kosta-Rika) keçən Roxer Roxas mövsümün ilk yarısında Azərbaycan Premyer Liqasında 11 oyunda meydanda olub.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA