Roys yenidən əməliyyat olunacaq - zədəsi gizlədilib
09.06.2020 - 22:56
Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Marko Roysun yenidən əməliyyat olunması gündəmə gəlib.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun başqa zədəsi aşkarlanıb.
31 yaşlı hücumameyilli oyunçuda yüngül əzələ zədəsi olduğu deyilirdi. Ancaq onun topuq əzələsində tendon qopması faktının gizlədildiyi düşünülür. Mütəxəssislərin fikrincə, bu amil təsdiqini taparsa, Roys yenidən əməliyyat olunmalıdır.
Qeyd edək ki, Marko Roys son 8 mövsümdə müxtəlif zədələr səbəbindən ümumilikdə 981 gün yaşıl meydanlardan uzaq qalıb.
0
0