AFFA Rəşad Sadıqovun futbolda qalmasını, ən azı məşqçi olaraq çalıışmasını istəmir.
Apasport.az xəbər verir ki, hakimlərin hər dəfə “Zirə”yə qurşaqdan aşağı zərbə endirməsi assosiasiyanın gənc mütəxəssisi “qaralamaq” yönündə qurduğu planların tərkib hissəsidir.
“Əl topu tapdı”, “top əli tapdı” kimi söhbətlər, sadəcə, aysberqin görünən tərəfidir, detallardır. Hadisələr ona kompleks yanaşma tələb edir. Burada isə daha ciddi amillərin ələ alınmasını görə bilərik.
Rəşad Sadıqovun yaxın keçmişdə futbolçu forması ilə qazandığı uğurların məşqçilik həyatında təkrarlama potensialı böyükdür. Hər halda o, elə bir xarakterə sahibdir ki, hansı işə qol qoydusa, axıradək gedəcək, yarıyolda fikrindən dönməyəcək, nəticəsini görməyənədək üzünün tərini silməyəcək.
Sadıqov tipaj olaraq ciddi biridir, yüz ölçər, bir biçər, təsadüfi addıım atmaz. Təbii, AFFA-dakılar onu yaxşı tanıyır və elə bunun üçün də personası onları daim narahat və məşğul edir. Fikirləşirlər, necə edək ki, Sadıqov yorulub əldən düşsün, məşqçiliyin başını buraxıb getsin.
Emosional və həssas olmasını bildiklərindən, tez-tez əsəblərini “imtahan”a çəkmək taktikasından yararlanırlar. Hələ ötən mövsüm yazdığımız kimi, “Zirə”nin irəli getməsi yolunda ən böyük maneə hakimlərdir. Axı Sadıqovu başqa hansısa yolla hədəfindən uzaqlaşdırmağın yolunu görmürlər. Necə edə bilərlər ki? Əllərindəki yeganə “rıçaq” hakimlərdir, onlardan da alət kimi yararlanırlar.
İlk dörd turda bu qədər hakim səhvi olubsa, deməli, təsadufi deyil. Bu, qarşıdakı həftələrdə də davam edəcək.
“Zirə” rəhbərliyinin proseslərə müdaxiləsi lazımdır, fəqət hələ də onların səssizliyə qapıldığını görürük. Hələ ümumi axarı dəyişdirmək, sükunət halından çıxmağa hazırlaşdııqlarını sezmirik. Heç siqnal da yoxdur.
Yəqin bildikləri bir şeylər var və hadisələrin hara qədər inkişaf edəcəyini müəyyənləşdirmək niyyətindədirlər. Yoxsa niyə müşahidəçi qismində bir kənara çəkilib dayansınlar ki? Sportinfo.az
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər