Rəsmən Türkiyə millisində! - Stefan Kuntz
20.09.2021 - 16:03
Türkiyə millisinin yeni baş məşqçisi Stefan Kuntzla münasibətlər rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, bu gün almaniyalı mütəxəssisin imzalanma mərasimi baş tutub.
Riva Hasan Doğan Milli Komandalar Təlim Mərkəzində təşkil olunan tədbirdə 59 yaşlı çalışdırıcı Türkiyə Futbol Federasiyası ilə 3 illik müqaviləyə qol çəkib. Kuntzun “ay-ulduzlular”da debüt matçı oktyabrın 8-də DÇ-2022-nin seçmə mərhələsində Norveçə qarşı olacaq.
Qeyd edək ki, Türkiyə millisi sentyabrın 7-də Niderlanda səfərdə 1:6 hesabı ilə məğlub olduqdan sonra baş məşqçi Şenol Günəş istefaya göndərilib.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0