Rusiya çempionatı təxirə salınır?
24.02.2022 - 12:47
Rusiya Premyer Liqasının XIX turu təxirə salına bilər.
Apasport.az saytının məlumatına görə, çempionatın təşkilatçıları bununla bağlı iki variantı müzakirə edir.
Ukrayna ilə yaşanan hərbi gərginlik səbəbindən turun 8-9 mart və ya 16-17 marta keçirilməsi nəzərdə tutulur.
Digər ehtimal isə yalnız “Rostov” – “Krılya Sovetov” və “Krasnodar” – “Lokomotiv” matçlarının vaxtının dəyişdirilməsidir. Belə olarsa, digər görüşlər təyin olunmuş tarixlərdə baş tuta bilər.
Qeyd edək ki, iki ölkə arasındakı münaqişə səbəbindən Ukrayna Premyer Liqası artıq təxirə salınıb.
0
0