Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını Rusiyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, gənc forvardın Rusiyanın böyük klublarından birinə keçməsi istisna edilmir.
Rusiyalı həmkarlarımız hazırda azad agent statusu daşıyan və ölkənin top-klublarında oynaya biləcək 8 futbolçunu müəyyənləşdiriblər. Onlar arasında Şeydayev də var. Moskva "Dinamo"sundan ayrılan 23 yaşlı oyunçu çempionatın favoritləri üçün ideal ehtiyat qüvvə sayılır.
"Zenit"in yetirməsi ilə yanaşı, hazırda azad agent olan Fabio Koentrao, Martin Olsson, Vladimir Vayss, Dieqo Tardelli, Freddi Quarin, Obafemi Martins və Yuri Lodıgin də Rusiya klublarının maraq dairəsindədirlər.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı