17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sentyabırın 20-dən 28-dək Bakıda təşkil olunacaq təlim-məşq toplanışına 26 futbolçu dəvət edilib.
Onlardan ikisi Rusiyada legioner həyatı yaşayır. Yığmamız hazırlıq prosesi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək. U-17 sentyabrın 24-də və 27-də belaruslu yaşıdları ilə qarşılaşacaq.
U-17-nin heyəti: Məmməd Muradov, Ravil Qafarov, Samir Ağayev, Murad Musayev, Eşqin Əhmədov, Rüfət Bədəlzadə, Şahin Şahniyarov, Sənan Ağalarov (hamısı “Qəbələ”), Vaqif Məlik-Yeqanov, Rauf Hüseynli, Musa Məmmədov, İlkin Cəfərli, İbrahim Ağayarov (hamısı “Qarabağ”) Həmzəalı Mikayılov, Fəxri Məmmədli, Tuncay Cəfərli (hamısı “Sabah”), Rüfət Abbasov, Murad Məmmədov (hər ikisi “Neftçi”), Yaqub Yusubov, Adəm Topalov (hər ikisi “Səbail”), Xəyal Fərzullayev (“Sumqayıt”), Raul Əhmədzadə (“Keşlə”), Murad Ələkbərov (“Zirə”), Sadiq Şəfiyev (“Turan Tovuz”), Maksud Dursunov (“Dinamo”, Sankt-Peterburq, Rusiya), Nahid Əliyev (“Moskovskaya Zastava”, Rusiya).
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər