Rzayev "Merani"də - RƏSMİ
31.01.2020 - 00:08
Azərbaycanlı futbolçu Tural Rzayev karyerasını Gürcüstanda davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi qonşu ölkədə Yüksək Liqa təmsilçisi olan "Merani" ilə anlaşıb.
“Kəpəz”dəki çıxışı ilə tanınan Rzayev Martvili klubu ilə bir illik müqavilə imzalayıb.
Qeyd edək ki, yarımmüdafiəçi Litvada da legioner həyatı yaşayıb. O, "Yonava" klubunda da oynayıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0