Sabiq "Mançester Siti"li 5 il müddətinə cəzalandırıldı
17.04.2020 - 12:07
Sabiq "Mançester Siti"li 5 il müddətinə cəzalandırıldı

"Mançester Siti" və "Fulhem"in sabiq futbolçusu Dikson Etuxu ağır cəzaya məruz qalıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb onun danışılmış oyunlarda iştirak etməsidir.

O, 2017-ci ildə AİK-də çıxış edərkən "Göteburq"la qarşılaşmanı pul qarşılığında satmaq üçün qapıçıları ilə danışıq aparmaqda günahlandırılıb. İsveç Futbol İttifaqının Nizam-İntizam Komitəsi nigeriyalını 5 il müddətinə diskvalifikasiya edib. Cəza aprelin 13-dən qüvvəyə minib.

Qeyd edək ki, 2017-ci ildən futbolla peşəkar səviyyədə məşğul olmayan Dikson Etuxu İngiltərədə "Mançester Siti", "Norviç", "Sanderlend", "Fulhem" və "Blekbörn" klublarının formasını geyinib.
 

0