Sabiq "Qarabağ"lı ilin adamı, Levandovski futbolçusu seçildi
03.02.2020 - 13:47
Sabiq "Qarabağ"lı ilin adamı, Levandovski futbolçusu seçildi

Polşada 2019-cu ilin ən yaxşı futbolçusunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bu mükafata "Bavariya"nın hücumçusu Robert Levandovski layiq görülüb.

"Pilka Nojna" jurnalının apardığı sorğunun nəticəsinə görə, Levandovski 8-ci dəfə ölkəsində ilin ən yaxşısı seçilib. Onun kapitanlıq etdiyi Polşa millisi ilin komandası olub. "Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak isə Polşada ilin adamı seçilib.

Ümumilikdə 9 nominasiya üzrə qaliblər mükafatlandırılıb.