Sabiq "Real"lı İspaniyaya qayıdır
15.03.2020 - 23:03
Sabiq "Real"lı İspaniyaya qayıdır

"Napoli"nin hücumçusu Xose Kalyexon İspaniyaya qayıda bilər.

Apasport.az saytının məlumatına görə, "Valensiya" 33 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır.

İspaniya millisinin üzvü özü də vətənə dönmək niyyətindədir. "Yarasalar" ona 2 illik müqavilə təklif edib. Ancaq "Sevilya"nın da sabiq "Real"lını istəməsi "Valensiya"nın işini çətinləşdirir. Neapol təmsilçisi ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Kalyexon anlaşacağı kluba azad agent kimi keçəcək.

Qeyd edək ki, Xose Kalyexon cari mövsüm bütün turnirlərdə meydana çıxdığı 32 oyunda 2 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.