Sabiq "Yuventus"lu İtaliyaya qayıtdı
14.02.2020 - 00:06
"Yuventus"un sabiq futbolçusu Valeri Bojinov yenidən İtaliyaya qayıdıb.
Apasport.az saytının məlumatına görə, 33 yaşlı hücumçu B seriyasında çıxış edəcək.
Bolqarıstanlı forvard "Peskara" klubu ilə müqavilə bağlayıb. "Botev"dən yenicə ayrılan Bojinov "Peskara"ya azad agent kimi keçib. Bu komandanın baş məşqçisi vaxtilə Bojinovla "Yuventus"da çiyin-çiyinə oynamış Nikola Leqrottalyedir.
Qeyd edək ki, Valeri Bojinov İtaliyada "Yuventus"la yanaşı, "Leççe", "Fiorentina", "Parma", "Verona", "Viçenza" və "Ternana"nın da formasını geyinib.
0
0