Sabiq prezident saxlanıldı - maskalılar tərəfindən
04.02.2020 - 16:03
Sabiq prezident saxlanıldı - maskalılar tərəfindən

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyan zorla polis bölməsinə aparılıb.

Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri onun vəkili Amram Makinyan yayıb.

O bildirib ki, federasiyanın sabiq rəhbəri maskalı polis əməkdaşları tərəfindən saxlanılıb. Vəkil bunun əsassız şəkildə edildiyini vurğulayıb.

Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasının rəhbəri olub.