“Niyə 10 “Ferrari” avtomobili, 20 brilyant saat və ya 2 reaktiv təyyarə istəyim? Bunun dünyaya nə faydası olar?”
Apasport.az saytının məlumatına görə, bu sözlər “Liverpul”un hücumçusu Sadio Maneyə məxsusdur.
2019-cu ildə ekranı sınıq “iPhone” telefonu işlətdiyini əks etdirən şəkli paylaşılan Seneqal millisinin üzvü dünyaya təvazökarlıq dərsi verib. İllik qazancı 11,5 milyon funt sterlinq olan 29 yaşlı ulduz futbolçu sadə qalmasının sirrini açıqlayıb.
O, aclıq içindən çıxdığını və yoxsul insanların nələr çəkdiyini yaxşı başa düşdüyünü deyib: “Ac qaldım, tarlalarda işlədim, ayaqyalın oynadım və məktəbə getmədim. İndi insanlara kömək edə bilərəm. Mən məktəb tikdirməyi, kasıblara yemək və ya paltar verməyi üstün tuturam. Mən məktəblər və stadion tikdirmişəm. Hədsiz kasıb insanlara paltar, ayaqqabı və yemək veririk. Çox yoxsul bir Seneqal bölgəsində yaşayan bütün insanlara ailələrinə yardım etmələri üçün hər ay 70 avro verirəm. Dəbdəbəli avtomobilləri, evləri, səyahətləri və ya təyyarələri nümayiş etdirməyə ehtiyacım yoxdur. Mən həyatın mənə bəxş etdiklərinin bir qismini xalqımın almasına üstünlük verirəm”.

Qeyd edək ki, Sadio Mane 2016-cı ildən “Liverpul”un formasını geyinir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir