"Zirə"nin fransalı futbolçusu Şafik Tiqrucanın apasport.az saytına müsahibəsi
- "Zirə" uzun fasilədən sonra "Səbail"lə görüşdə uğursuz seriyaya son qoyduz. Həmin oyundakı çıxışınızı necə dəyərləndirərdiniz?
- Birinci hissədə də pis oynamırdıq. Amma fasilədən sonra daha yaxşısı mübarizə apardıq, daha yaxşı oynadıq. Ötürmələr də gözəl idi, qol epizodları yaratdıq və ikinci yarıda iki dəfə fərqləndik. Qələbə qazandığımıza görə şadıq.
- "Səbail" üzərindəki qələbə "Zirə"nin özünə gəlməyinə kömək olacaq?
- Ümidvaram ki, belə olacaq. Qələbələri sıralamaq üzərində işləyirik və bunun davamına çalışacağıq.
- Uğursuz nəticələr olsa da, komanda hələ də dördüncülük şansını itirməyib. "Sumqayıt"ı keçəcəyinizə inanırsınız, yoxsa bu çətin olacaq?
- Əlbəttə ki, dördüncü pilləni tutmağın üçün mümkünlüyünü hiss edirik. Elə buna görə də sona qədər mübarizə aparacağıq. Hələ mövsüm sonuna müəyyən qədər zaman var. Biz oyunlarımızda uğurlu nəticələr qazanmağa çalışacağıq.
- "Səbail"ə qol vurduqdan sonra əlinizlə nəyisə işarə edirdiniz. Həmin epizodda Riçard Qadzenin ara ötürməsini nəzərdə tuturdunuz, yoxsa vurduğunuz qolu?
- Bəli, əlimlə beynimi işarə edirdim. Çünki elə həmin ötürmə zamanı hiss etdim ki, Qadze ilə eyni futbol dilində danışırıq. Maraqlı qol alındı.
- "Zirə" qarşıdakı turda "Neftçi" ilə üz-üzə gələcək. Necə düşünürsünüz, çempionluq mübarizəsini davam etdirən rəqibi məğlub etməyi bacararsınız?
- "Neftçi" Azərbaycanın ən böyük komandalarından biridir. Hər oyuna qələbə üçün çıxırıq. "Neftçi" ilə görüşdə də meydana 3 xal qazanmağa çalışacağıq.
- "Zirə"nin "Qarabağ" və "Neftçi" səviyyəsinə çatması üçün nə lazımdır? Bu iki komandaya heyət baxımından uduzduğunuzu demək olar?
- Düşünürəm ki, "Qarabağ" və "Neftçi" bizdən yaxşıdır. Amma son 6-7 ildir ki, bu komandalarda heyət aşağı-yuxarı eynidir və onlar bir-birinə yaxşı öyrəşiblər. "Zirə"də isə hələ bir-birimizi tanıyırıq və çalışırıq ki, komanda şəklində daha yaxşı olaq.
- Komandada iki qapıçı olsa da, Azərbaycan millisinin qolkiperi Emil Balayevlə də anlaşdınız. Sizcə, o, digərlərindən güclüdür?
- Orxan Sadıqlı və Boyan Zoqoviç də yaxşı qapıçıdır. Emili də onlardan biri hesab edirəm. Rəqabət hər zaman komandaya xeyir verir.