Sağalmamış yenə zədələndi
30.11.2021 - 15:49
“Real”ın hücumçusu Eden Azar bir zədəsini sağaltmamış növbəti dəfə xəsarət almaqda davam edir.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçunun bu dəfə əzələsində ağrılar yaranıb.
Belçika millisinin düşərgəsindən döndükdən sonrakı 3 matçı buraxan Azar növbəti tura qədər sıraya dönmək üçün tələsik addımlar atıb ki, bu, ona baha başa gəlib. 30 yaşlı ön xətt oyunçusu eyni zamanda mədə-bağırsaq xəstəliklərindən də əziyyət çəkir.
Azarın La Liqanın “Atletik”ə qarşı IX turdan təxirə salınmış matçını buraxması gözlənilir. Həmin qarşılaşma dekabrın 2-də keçiriləcək.
0
0