DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində ən çox qol buraxan qapıçıların sıralamasında dəyişiklik olub.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyev ən çox mərkəzə dəvət edilənlər sırasında ilk “beşliy”ə girib.
27 yaşlı futbolçu dünən VIII tur çərçivəsində Serbiya ilə qarşılaşmada (1:3) qapısında 3 top görməklə buna “nail olub”. Seçmə mərhələdə 7 qarşılaşmanın hamısında çərçivədə dayanan “Qarabağ”ın üzvü ümumilikdə 15 dəfə topu tordan çıxarmalı olub.
O, bu göstəriciyə görə, israilli Marsiano və litvalı Ernestas Şetkusla birlikdə 4-6-cı yerləri bölüşdürür. UEFA digər komponentlərə görə Şahruddini 5-ci pillədə göstərib.
Məhəmmədəliyevi yalnız 3 cırtdan ölkənin qapıçısı qabaqlayır. San-marinolu Elia Benedettini 32, lixtenşteynli Benjamin Büxel 19, maltalı Henri Bonello isə 17 qol buraxıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər