Salah “Liverpul”a vaxt qoydu
31.10.2021 - 17:33
“Liverpul” hücumçusu Məhəmməd Salahla hələ də yeni müqavilə bağlaya bilməyib.
Apasport.az saytının məlumatına görə, tərəflər arasında danışıq getsə də, ortaq məxrəcə gəlmək mümkün olmayıb.
“Qırmızılar” qış “transfer pəncərəsi” açılana qədər Misir millisinin üzvü ilə yeni sözləşmə barədə razılığa gəlmək istəyir. Həmçinin 29 yaşlı hücumçu özü də rəhbərliyə vaxt qoyub. Əgər yanvarın 1-nə qədər şərtləri qəbul edilməsə, Salah böyük ehtimalla yeni müqavilə imzalamayacaq.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la anlaşması 2023-cü ilin yayına qədərdir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir
0
0