Salah Premyer Liqada qalır – “Liverpul”da yox
13.03.2022 - 22:25
“Liverpul”un hücumçusu Məhəmməd Salah karyera imkanlarını nəzərdən keçirir.
Apasport.az saytının məlumatına görə, “qırmızılar” ulduz futbolçu ilə yeni müqavilə imzalamaq istəyir.
Lakin rəhbərliyin hazırkı şərtlərlə saziş imzalamaq arzusu Misir millisinin üzvünün ürəyincə deyil. 30 yaşlı forvard buna mənfi cavab versə belə, İngiltərədə qalmaq niyyətindədir. O, Premyer Liqanın digər iddialı klublarından birinə keçməyin əleyhinə deyil.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqavilə müddəti gələn ilin yayına qədərdir.
0
0