“Liverpul”un hücumçusu Məhəmməd Salah müqaviləsinin uzadılması ilə bağlı aparılan danışıqlara münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, 30 yaşlı futbolçu qalmaq istəyində olduğunu etiraf edib.
Misir millisinin üzvü hər şeyin klub rəhbərliyindən asılı olacağını söyləyib: “Qalmaq istəyirəm, amma bu, mənim əlimdə deyil. Klubdan asılıdır. Nə istədiyimi bilirlər. İstəklərim ağılasığmaz deyil. Artıq beşinci ildir buradayam, klubu çox yaxşı tanıyıram. Mən azarkeşləri, onlar da məni sevir. Rəhbərlik bütün vəziyyəti bilir”.
Qeyd edək ki, Məhəmməd Salahın “Liverpul”la müqaviləsi 2023-cü ilin yayına qədərdir. Futbolçunun tələbi müsbət cavablandırılsa, İngiltərə Premyer Liqasında ən çox maaş alan futbolçu olacaq.