Salahın arzusu: “Dörd mükafat”
09.04.2022 - 23:10
“Biz mövsüm ərzində 4 mükafat qazanmaq istərdik. İndiyədək belə şey etməmişik”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un futbolçusu Məhəmməd Salah deyib.
Misirli hücumçu cari mövsümlə bağlı arzusunu açıqlayıb. O, 4 titul iddiasını gizlətməyib: “Əla formadayıq və buna çox yaxınıq. Premyer Liqada son 10 oyunu udmuşuq. “Mançester Siti”ni yenəcəyimizə ümid edirəm”.
Qeyd edək ki, “Liverpul”la “Mançester Siti” arasında görüş sabah baş tutacaq.
0
0