Şamaxıda 30 ildən sonra ilk qol
09.04.2022 - 14:16
Şamaxıda 30 ildən sonra ilk qol

Rəhman Hacıyev “Şamaxı”nın tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi klub tarixinə yeni ad altında ilk qolun müəllifi kimi düşüb.

Rəhman Şamaxının eyni adlı komandasının “Neftçi” ilə görüşündə fərqlənib. 11-ci dəqiqədə cərimə zərbəsindən fərqlənən futbolçu bu şəhərdə 30 ildən sonra vurulan qola imza atıb.

“Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını daşıyan klubda yubiley – 40-ci matçına çıxan Hacıyev 8-ci qolunu vurub. O, sabiq komandasının qapısına yol tapıb.

Qeyd edək ki, Şamaxını 1992-ci ildə “Şirvan” təmsil edib.