Şamaxıda ilk fiti FIFA referisi çalacaq
08.04.2022 - 09:11
Şamaxıda ilk fiti FIFA referisi çalacaq

Azərbaycan Premyer Liqasının XXII turun təyinatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, IV dövrənin ilk matçlarının hakimləri bəlli olub.

Sabah start götürəcək turun mərkəzi görüşünü Rəşad Əhmədov idarə edəcək. O, “Sabah” – “Zirə” qarşılaşmasının baş hakimi olacaq.

Şamaxıda ilk fiti FİFA referisi Elçin Məsiyev çalacaq. O, “Şamaxı”ya çevrilən “Keşlə”nin “Neftçi” ilə matçını idarə edəcək.

Azərbaycan Premyer Liqası
XXII tur
9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu
 
17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“Bank Respublika Arena”
 
10 aprel (bazar)
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”
 
20:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”