“Dünya çempionatının iki ildən bir keçirilməsi bu turnirin nüfuzunu aşağı salacaq”.
Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin baş məşqçisi Samir Abasov dünya çempionatının iki ildən bir keçirilməsi variantı ilə bağlı fikir bildirərkən deyib.
Təcrübəli mütəxəssis FİFA-nın bu layihəsini dəstəkləmədiyini bildirib: “FİFA belə bir addım atarsa dünya çempionatına maraq itəcək. Bu yarışın ləzzəti də onu dörd il həyəcanla gözləməyindir. Hər kəs buna alışıb. Bütün bunları nəzərə alaraq turniri iki ildən bir keçirməyin absurd olduğunu düşünürəm. Bütün dünyada bir çox mütəxəssislər bu məsələ barədə öz fikrini bildirir. Mən də öz-özümə fikirləşdim ki, bunun ləzzəti olmayacaq”.
Qeyd edək ki, FİFA prezidenti Canni İnfantino mundialın iki ildən bir təşkilində qərarlı olduğunu və bununla bağlı müzakirələrin aparıldığını açıqlayıb.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər