“Bu gün pis oynamadıq. “Sumqayıt”la görüşdən fərqli bu gün ritm var idi. Oyundakı sürəti çox bəyəndik”.
Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VIII turunda “Zirə” ilə keçirilən oyun haqda danışarkən deyib.
Doğma arenasında əzmkar qələbə qazanan “ağ-qaralar” (2:1) xallarının sayını 17-yə yüksəldərək, lider “Qarabağ”a çatıb.
Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasov əvəzetmələrin uğurlu olmasına münasibət bildirib: “Bu gün İsmayılı məcburiyyətdən meydana buraxdım. Çünki Ömər zədələnmişdi. İsmayıldan fərqli, Mirabdulla və Ramonu meydana buraxmağımız planda var idi. Sevindirici haldır ki, yetirmələrimizdən biri assist etdi, digəri qol vurdu”.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir