Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”a böyükhesablı məğlubiyyət (0:4) “Neftçi”də ciddi hərəkətliliyə səbəb olub.
Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” vaxt itirmədən transfer çalışmalarını sürətləndirib.
Baş məşqçi Samir Abasov, xüsusən də, müdafiə xəttinin gücləndirilməsi üçün təlimatlarını verib. Müdafiənin cinahlarındakı problemlərdən narazı olan çalışdırıcı bu mövqeyə alınmasını istədiyi oyunçulardan birini də müəyyənləşdirib. O, Türkiyə TFF I Liqasında çıxış edən “Erzurum BB”nin üzvü Ufuk Budakı sərəncamında görməkdə maraqlıdır.
Milliləşdirilmiş Türkiyə əsilli oyunçunun Azərbaycan vətəndaşlığı olması Abasovun seçimində əsas rolu oynayıb. Müdafiənin hər iki cinahında oynamağı bacaran 31 yaşlı futbolçunun isə “Erzurum BB” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.
Samir Abasov Azərbaycan millisinin sabiq üzvünün əslində qış fasiləsində alınmasında maraqlı idi. Lakin Budak cari mövsüm çempionatda artıq “Bursaspor”da 1, “Erzurum BB”də isə 4 matçda iştirak etdiyindən, gələn ilin yayına qədər üçüncü klubda oynaya bilməz. Bu da bakılıları planı mövsümün sonuna təxirə salmağa vadar edib.
Qeyd edək ki, “Neftçi” həmçinin “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi və “Qarabağ”ın qapıçısı Emil Balayevə də maraq göstərir.
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
- “Çorum”dan səs-küylü transfer – Moukoko Türkiyəyə gəlir