Avropa ölkələrində legioner limitinin necə olması açıqlanıb.
Apasport.az saytının məlumatına görə, UEFA-nın 2021-ci illə bağlı hesabatında quruma üzv olan 55 milli assosiasiyanın tətbiq etdiyi legioner limitindəki müxtəliflik əksini tapıb.
Düzdür, bu ölkələrdən birində - Lixtenşteyndə çempionat yoxdur. Amma bu cırtdan ölkənin öz kubokunda limit tətbiq olunur.
Ölkələr limitlə bağlı müxtəlif qruplara bölünür. Çoxluğu limitin olmadığı ölkələr təşkil edir. 22 belə ölkədən 7-də tam sərbəst sayda əcnəbi oynatmaq mümkündür. Digər 15 ölkədə də hər hansı say limiti olmasa da, bu oyunçular üçün işçi icazəsi alınmalıdır.
Avropanın 33 ölkəsində limit tətbiq edilir. Onlardan 16-da xarici ölkə vətəndaşları, 16-da Avropa İttifaqının vətəndaşı olmayanlar legioner sayılır. Yalnız bir ölkədə - Almaniyada əsas şərt kimi iştirak ərizəsində yerli futbolçuların sayı zəruri sayılır.
Digər 32 ölkədəki limit iştirak ərizəsində, oyunun protokolunda, matç ərzində şans qazananların sayında və eyni vaxtda meydanda olanlarla bağlı qruplara bölünür.
Azərbaycan Premyer Liqasında meydanda eyni vaxtda maksimum 6 legioner – xarici ölkə vətəndaşı ola bilər. Ukrayna, Belarus, San-Marino və Albaniyada da limit eyni cür hesablansa da, rəqəmlər fərqlidir. Hərçənd hesabatda Azərbaycanla bağlı xırda texniki səhv də var. Burada 6 legionerin meydanda deyil, iştirak ərizəsində olması göstərilib.
Qeyd edək ki, bu ölkələrdən bəzilərində yaşla bağlı limit də tətbiq olunur.
Limitdən azad – 7 ölkə
Türkiyə
Avstriya
Qazaxıstan
Latviya
Lixtenşteyn
Moldova
Ermənistan
İş üçün icazə - 15 ölkə
İngiltərə
Niderland
Belçika
Portuqaliya
Şotlandiya
Macarıstan
Danimarka
İsveç
Norveç
İrlandiya
Şimali İrlandiya
Lüksemburq
Uels
Cəbəllütariq
Andorra
İştirak ərizəsində Aİ vətəndaşı olmayan - 8 ölkə
İspaniya – 3
İtaliya - 3
Fransa – 4
Yunanıstan – 8
Rumıniya – 4
Kipr – 5
Bolqarıstan – 5
Litva - 4
İştirak ərizəsində - 9 ölkə
Rusiya – 8
İsrail - 6
Serbiya – 4
Bosniya və Herseqovina – 5
Malta – 12
Estoniya – 5
Gürcüstan – 9
Şimali Makedoniya - 8
Kosovo – 8
Eyni vaxtda meydanda Aİ vətəndaşı olmayan – 2 ölkə
İsveçrə - 5
Polşa – 10
Eyni vaxtda meydanda – 5 ölkə
Ukrayna – 7
Azərbaycan – 6
Belarus – 5
Albaniya – 5
San-Marino - 8
Bir oyunun protokolunda Aİ vətəndaşı olmayan – 2 ölkə
Finlandiya – 3
İslandiya – 3
Bir oyunda iştirak Aİ vətəndaşı olmayan – 4 ölkə
Çexiya – 5
Xorvatiya – 6
Slovakiya – 5
Sloveniya – 3
Bir oyunda iştirak – 2 ölkə
Farer adaları – 4
Monteneqro – 3
İştirak ərizəsində yerli oyunçu – 1 ölkə
Almaniya - 12