Almaniyanın “Borussiya” klubu futbolçusu Ceydon Sançoya yeni müqavilə təklif edib.
Apasport.az saytının məlumatına görə, Dortmund təmsilçisi 20 yaşlı yarımmüdafiəçini daha yaxşı şərtlərlə komandada saxlamaq istəyir.
Hazırda ilə 6 milyon avro qazanan Sanço təklifi qəbul etsə, maaşı 12 milyona yüksələcək. Mövcud müqaviləsi 2022-ci ilin yayında başa çatacaq ingiltərəli anlaşmanın bir illik uzadılmasına razılaşmalıdır.
“Mançester Siti”nin yetirməsi olan Ceydonun “Mançester Yunayted”lə ilkin razılığa gəldiyi bildirilir. 2017-ci ildən Dortmund təmsilçisində çıxış edən yarımmüdafiəçi keçidi üçün mançesterlilər 117 milyon ödəməli olacaq.
Qeyd edək ki, Sanço cari mövsümün 35 oyununda 17 qol vurub.