Sane üçün son cəhdi - "Bavariya"nın
06.02.2020 - 00:17
Sane üçün son cəhdi - "Bavariya"nın

"Bavariya" "Mançester Siti"nin yarımmüdafiəçisi Leroy Sanedən imtina etmək üzrədir.

Apasport.az saytının məlumatına görə, Bundesliqa klubu bir ildən çoxdur heyətinə qatmaq istədiyi futbolçu ilə heç cür ortaq məxrəcə gələ bilmir.

Münhen təmsilçisi qış fasiləsində çox çalışsa da, Almaniya millisinin üzvünü razı sala bilməyib. "Bavariya" rəhbərliyi onu mövsümün sonunda heyətinə qatmaq üçün son cəhdini edəcək. Əgər bu danışıqdan da bir nəticə çıxmasa, almanlar "Barselona"dan icarəyə götürdükləri Filipp Koutinyonu birdəfəlik transfer edəcəklər.

Qeyd edək ki, Leroy Sanenin "Mançester Siti" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdir.