Sarı vərəqə aldı, qələbəni əldən verdi – Pavel Paşayev
31.10.2020 - 21:28
Sarı vərəqə aldı, qələbəni əldən verdi – Pavel Paşayev

Ukrayna Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya” ev matçına çıxıb.

Adıçəkilən komanda doğma arenasında “Desna” ilə qollu bərabərə qalıb. “Aleksandriya” sona yaxın önə keçsə də, qələbə hesabını qoruya bilməyib – 2:2. Qarşılaşmanı əvəz edilmədən keçirən Paşayev 70-ci dəqiqədə sarı vərəqə almaqla fərqlənib.

Qeyd edək ki, hazırda aktivində 10 xal olan “Aleksandriya” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0
Ukrayna Premyer Liqası Aleksandriya - Desna Pavel Paşayev