İspaniyanın “Barselona” klubu futbolçusu Filippe Koutinyonu transferə çıxarıb.
Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi braziliyalı yarımmüdafiəçini qış transfer dövründə satmağı məqəsədəuyğun sayıb.
Prezident vəzifələrini icra edən Karlos Tuskets texniki katib Ramon Planesə bununla bağlı göstəriş verib. Koutinyonun yanvarın 24-də keçiriləcək prezident seçkilərinə qədər satılması planlaşdırılır. Lakin 28 yaşlı yarımmüdafiəçini almaq istəyən heç bir klubdan təklif yoxdur.
Qeyd edək ki, 2018-ci ildə “Liverpul”dan 120+40 milyon avroya transfer olunan futbolçu cari mövsüm La Liqada 11 oyunda 2 qol vurub.
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi