Seçmə mərhələlərin QOLÇULARI
30.03.2022 - 21:56
Seçmə mərhələlərin QOLÇULARI

Robert Levandovski dünya çempionatlarının seçmə mərhələlərində 30-cu qolunu vurub.

Apasport.az saytının məlumatına görə, polşalı hücumçu İsveçlə pley-off oyununda fərqlənib.

O, komandasının qələbəsinə vurduğu bir qolla töhfə verib. Robert mundialların seçmə mərhələlərində 30 və daha çox qol vuran 4-cü oyunçudur.

Dünya rekordu Karlos Ruisə məxsusdur. Qvatemalalı 39 dəfə fərqlənib.

Kriştiano Ronaldo ikincidir – 36 top. Əli Daei bu siyahıda 3-cüdür.

Ümumilikdə isə 12 oyunçu 25 və daha çox qol vurmağı bacarıb. 

1. Karlos Ruis (Qvatemala) - 39
2. Kriştiano Ronaldo (Portuqaliya) – 36
3. Əli Daei (İran) – 35
4. Robert Levandovski (Polşa) – 30
5. Luis Suares (Uruqvay) – 29
6-7. Lionel Messi (Argentina) – 28
Kərim Bagıri (İran) – 28
8. Kaziyuşi Miura (Yaponiya) – 27
9. Andrey Şevçenko (Ukrayna) – 26
10-12. Edin Dzeko (Bosniya və Herseqovina) – 25
Karlos Pavon (Honduras) – 25
Tim Kehill (Avstraliya) - 25