Seçmə mərhələnin oyunlarını Lüksemburqda keçirəcək - Azərbaycan millisi
11.12.2020 - 13:45
Seçmə mərhələnin oyunlarını Lüksemburqda keçirəcək - Azərbaycan millisi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının ilkin seçmə mərhələsində keçirəcəyi oyunların məkanı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, komandamız matçlarını Lüksemburqda oynayacaq.

U-19 yığmamız İspaniya, Belçika və Lüksemburqla birgə 8-ci qrupda mübarizə aparacaq. Qrup mərhələsinin görüşləri 2021-ci il 8-17 noyabr tarixlərində Lüksemburqda təşkil olunacaq.