Azərbaycan millisinin Serbiya ilə oyununun statistikası açıqlanıb.
Apasport.az saytının məlumatına görə, DÇ-2022-nin seçmə mərhələsinin VIII turu çərçivəsində keçirilən görüşün göstəricilərini UEFA hesablayıb.
Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunan matçda ev sahibləri 3:1 hesablı qələbə qazanıb.
Statistikaya nəzər yetirdikdə komandalar arasında ciddi fərqin olduğunu görmək mümkündür. Qapıya ünvanlanan zərbələrə baxsaq, millimizin 1:3 hesablı yenilgiyə sevinməli olduğunu demək olar.
Serbiya - Azərbaycan
Qollar – 3:1
Zərbələr - 22:5
Çərçivəyə zərbələr – 9:1
Çərçivəyə düşməyən zərbələr – 8:4
Bloklanan zərbələr – 5:0
Künc zərbələri – 7:0
Oyundankənar vəziyyət - 1:2
Topa sahibolma faizi – 55:45
Ötürmələr – 537:409
Dəqiq ötürmələr – 472:334
Ötürmələrin dəqiqlik faizi – 88:82
Sarı vərəqələr – 0:2
Qayda pozuntuları - 13:10
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər