“Zəif rəqiblərin olmadığını, hamının futbol oynamağı bacardığını bilirik”.
Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının futbolçusu Filip Kostiç deyib.
O, DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında iştirak edib. Kostiç hədəflərinin 3 xal olduğunu söyləyib: “Böyük komandalar zəif çıxış etdikləri zaman onlara qələbə qazandıran amil keyfiyyətli olmalarıdır. Azərbaycanla oyunda qələbə bizim üçün vacibdir. Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var. Ümid edirəm ki, sabah mümkün qədər çox azarkeş gələcək”.
29 yaşlı yarımmüdafiəçi matçın favoriti olduqlarını gizlətməyib: “Bəli, favoritik, amma bunu meydanda da göstərməliyik. Əlbəttə ki, paralel görüşdə Portuqaliyanın da uğursuzluğuna ümid edəcəyik. Üstəlik, top fərqi də önəmlidir. Serbiya yığması hər zaman daha çox qol vurmağa çalışıb. Ancaq bizim üçün ən başlıcası qələbədir. Niyə də çox qol vurmayaq?”
Qeyd edək ki, Belqradda keçiriləcək Serbiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər