Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu Serbiyaya qarşı keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığmamızın bu matçı Belqradda olacaq.
Monteneqro ilə oyunları da saysaq, səfərdəki görüş iki komanda arasında 7-ci qarşılaşma olacaq. AVRO-2004-ün seçmə mərhələsində birləşmiş yığma ilə qarşılaşan millimiz rəqibindən 2 oyunda 4 xal qoparmağı bacarıb.
Amma sonrakı 4 görüşdə uduzan milli ümumi balansda geri düşüb. 1 qələbə və 1 heç-heçəsi olan yığma 4 dəfə məğlubiyyət alıb. Yenilgilərdən ikisi böyükhesablıdır. Top fərqi də balkanlıların xeyrinədir. 7 top vuran millimiz öz qapısından 16 qol buraxıb.
AVRO-2004-ün seçmə mərhələsi
12 fevral 2003. Podqoritsa. Serbiya və Monteneqro – Azərbaycan – 2:2
Predraq Miyatoviç, 33 (pen.), Nikola Lazetiç, 52 // Qurban Qurbanov, 58, 77
11 iyun 2003. Bakı. Azərbaycan – Serbiya və Monteneqro – 2:1
Qurban Qurbanov, 88 (pen.), Fərrux İsmayılov 90+1 // Branko Boşkoviç, 27
AVRO-2008-in seçmə mərhələsi
2 sentyabr 2006. Belqrad. Serbiya – Azərbaycan – 1:0
Nikola Jiqiç, 72
17 oktyabr 2007. Bakı. Azərbaycan – Serbiya – 1:6
Samir Əliyev, 26 // Duşan Toşiç, 4, Nikola Jiqiç, 17, 42, Boşko Yankoviç, 41, Milan Yovanoviç, 75, Danko Lazoviç, 81
Yoxlama oyunu
7 iyun 2015. Sankt-Polten. Azərbaycan – Serbiya – 1:4
Dmitri Nazarov, 39 // Branislav İvanoviç, 10, 63, Adem Lyayiç, 55, Lazar Markoviç, 89
DÇ-2022-nin seçmə mərhələsi
30 mart 2021. Azərbaycan – Serbiya – 1:2
Emin Mahmudov, 59 (pen.) – Aleksandar Mitroviç, 16, 81
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər