Şeydayev xəbərinə reaksiya - "Neftçi"dən
06.02.2020 - 15:55
Şeydayev xəbərinə reaksiya - "Neftçi"dən

Ramil Şeydayevin "Neftçi"nin transfer gündəmində olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.

Bu barədə apasport.az saytına Bakı klubundan məlumat verilib.

Rusiya mətbuatı Moskva "Dinamo"sundan ayrıldıqdan sonra azad agent statusu daşıyan Azərbaycan millisinin üzvünün "Neftçi"yə keçə biləcəyini yazsa da, "ağ-qaralar" bunu təkzib ediblər. Bildirilir ki, Şeydayev "Neftçi"nin gündəmində olmayıb və onunla heç vaxt bu barədə danışıq aparılmayıb.

Qeyd edək ki, Ramil Şeydayev "Dinamo"ya ötən ilin yayında "Krılya Sovetov"dan keçmişdi.