Sezar Meza Kolli qayıtdı – “Keşlə”yə
18.10.2020 - 17:21
Sezar Meza Kolli qayıtdı – “Keşlə”yə

Bakının “Keşlə” klubu heyətinə daha bir futbolçu qatıb.
 
Apasport.az saytının məlumatına görə, Sezar Meza Kolli yenidən paytaxt klubunun uğurları üçün çalışacaq.
 
İtaliya vətəndaşı olan Sezar Meza Kolli 2013-16, 2018 və 2019-20-ci illərdə şərəfini qoruduğu “Keşlə”yə qayıdıb. Bir müddət əvvəl milliləşdirilməsi də gündəmdə olan legionerin son klubu Rumıniya təmsilçisi “Universtatya” (Krayova) olub.
 
Qeyd edək ki, Sezar Azərbaycanda “Keşlə”dən başqa, “Zirə”də də oynayıb.

0