Simeonenin göz dikdiyi PSJ-li
02.05.2022 - 17:56
Simeonenin göz dikdiyi PSJ-li

“Atletiko” icarə əsasında “Sportinq”də çıxış edən Pablo Sarabianın transferində maraqlıdır.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi müqavilə ilə PSJ-yə məxsus olan ispaniyalı yarımmüdafiəçini yayda heyətinə cəlb etməyi planlaşdırır.

29 yaşlı futbolçunun oyun tərzi “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin xoşuna gəlir. Argentinalı mütəxəssis İspaniya millisinin üzvünün keçidi üçün rəhbərliyə müraciət edib. “Real”ın yetirməsi olan Sarabia 2019-cu ildən PSJ-yə məxsusdur.

Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 45 oyuna çıxıb, 19 qol vurub, 9 məhsuldar ötürmə verib.