Simeonenin oğlu ayın futbolçusu seçildi
09.11.2021 - 17:20
İtaliya A seriyasında ayın futbolçusu bəlli olub.
Apasport.az saytının məlumatına görə, Covanni Simeone oktyabrın ən yaxşısı seçilib.
“Verona”nın 26 yaşlı hücumçusu ötən ay 5 oyunda 7 qol vurub. “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğlu “Latiso” ilə görüşdə (4:1) pokerə, “Yuventus”la (2:1) qarşılaşmada dubla imza atıb.
Qeyd edək ki, Covanni A seriyasının cari mövsümündə 11 matçda 9 qol vurub. O, bombardirlər yarışında yalnız 10 top vuran Çiro İmmobiledən geri qalır.
0
0