Simvolik komanda və ən yaxşı futbolçu – Premyer Liqamızda
27.02.2020 - 12:16
Simvolik komanda və ən yaxşı futbolçu – Premyer Liqamızda

Azərbaycan Premyer Liqasında XVIII turun rəmzi komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “InStat”ın təhlilinə əsasən turun “11-liy”i və ən yaxşı futbolçusu açıqlanıb.

Siyahıda “Keşlə” futbolçuları çoxluq təşkil edirlər. Bakı klubunun 7 oyunçusu rəmzi komandaya düşüb. “Qarabağ”dan 3, “Neftçi”dən isə 1 oyunçu ən yaxşılar sırasında qərarlaşıb.

Turun ən yaxşı futbolçusu isə 321 göstərici ilə “Qarabağ”ın yarımmüdafiəçisi Abdulla Zubir seçilib. Fransalı yarımmüdafiəçi “Sumqayıt”la görüşdə (1:0) 90 dəqiqə meydanda olub və açar ötürmə ilə yadda qalıb.

Qapıçı: Stanislav  Namaşko – 311 (“Keşlə”)-2
Müdafiəçilər: Anton Krivotsyuk - 286 (“Neftçi”)-5, Bədavi Hüseynov – 292 (“Qarabağ”)-4, Miyusko Boyoviç - 290 (“Keşlə”)-5, Cabir Əmirli - 262 (“Keşlə”)
Yarımmüdafiəçilər: Abdulla Zubir – 321 (“Qarabağ”)-5, Con Kamara - 314 (“Keşlə”), Pərviz Azadov - 259 (“Keşlə”), Şahrux Qadoyev – 301 (“Keşlə”)
Hücumçular: Mahir Emreli - 260 (“Qarabağ”)-5, Aleksandr Kristovao – 270 (“Keşlə”)

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.