Slovakiya – Azərbaycan oyununda azarkeşlərlə bağlı QƏRAR
10.03.2022 - 16:00
Slovakiya – Azərbaycan oyununda azarkeşlərlə bağlı QƏRAR

Slovakiyada koronavirus pandemiyasına görə kütləvi tədbirlərə qoyulan məhdudiyyətlər ləğv olunub.

Apasport.az saytı xəbər verir ki, bununla futbolçular rahat məşqlərini keçə və azarkeşlər oyunlar zamanı tribunalardakı yerlərini tuta biləcəklər.

Yalnız koronavirusa yoluxan şəxslərlə bağlı karantin tədbirləri olduğu kimi saxlanılıb. Slovakiya Futbol Assosiasiyası iki ildən sonra bütün meydançaların və stadionların məhdudiyyətsiz fəaliyyət göstərməsindən və azarkeşlərin tribunalara qayıtmasından məmnunluğunu ifadə edib.

Beləliklə, Millətlər Liqasının C Liqasında Azərbaycanla birlikdə III qrupda yer alan Slovakiya yığması ev oyunlarını dolu tribunalar önündə keçirə biləcək. Slovaklar millimizi V tur çərçivəsində sentyabrın 22-də qəbul edəcək.

Qeyd edək ki, millimizin Slovakiya ilə Bakıdakı matçı iyunun 10-na təsadüf edəcək.
 

0