Son 32 ilin ən yaxşı müdafiəsi - “Real”da
23.12.2019 - 11:22
Son 32 ilin ən yaxşı müdafiəsi - “Real”da

İspaniyanın “Real” klubu son 32 ilin ən yaxşı nəticəsinə imza atıb.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi La Liqanın arxada qalan 18 turunda cəmi 12 qol buraxmaqla buna nail olub.

“Kral klubu”nun müdafiədə belə etibarlı oyunu sonuncu dəfə 1987/88 mövsümündə qeydə alınıb. Həmin vaxt komandanın qapısını Fransisko Buyo qoruyurdu.

32 ildən sonrakı uğur isə Tibo Kurtuanın adı ilə bağlıdır. Belçikalı keçirdiyi 15 matçdan səkkizində qapısını toxunulmaz saxlayıb.

Qeyd edək ki, 37 xala malik “Real” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
 

0
Real Tibo Kurtua ən yaxşı müdafiə