Son iki mövsümün bombardirləri – SİYAHI
01.12.2021 - 16:25
Son iki mövsümün bombardirləri – SİYAHI

“Bavariya”nın hücumçusu Robert Levandovski son iki ildəki performansına görə, “Qızıl top”a layiq hesab olunsa da, bu mükafatı qazana bilməyib.

Apasport.az saytının məlumatına görə, “France Football”ın təşkil etdiyi tədbir 2020-ci ildə koronavirus pandemiyası səbəbindən baş tutmamışdısa, bu il mükafata argentinalı Lionel Messi sahib çıxıb.

Halbuki 2019-20 mövsümünün startından indiyə qədərki statistikalara nəzər yetirsək, Levandovskinin rəqiblərini qol sayında aşkar üstələdiyini görmək olar. Həmin vaxtdan bəri 100 qol həddinə çatan yeganə futbolçu da məhz polşalıdır.

Görək, 2019-20 mövsümünün startından bəri ən çox qol vuran futbolçular kimlərdir:
1. Robert Levandovski (Polşa / “Bavariya”) - 127 qol
2. Kriştiano Ronaldo (Portuqaliya / “Yuventus”-“Mançester Yunayted”) - 83 
3. Kilian Mbappe (Fransa / PSJ) - 81
4. Erlinq Haland (Norveç / “Borussiya”, Dortmund) - 79
5. Lionel Messi (Argentina / “Barselona”-PSJ) - 73
6. Kərim Benzema (Fransa / “Real”) - 73
7. Məhəmməd Salah (Misir / “Liverpul”) – 71