Soni Mustivar: "Neftçi” ehtiras deməkdir” - MÜSAHİBƏ
12.02.2020 - 13:19
Soni Mustivar: "Neftçi” ehtiras deməkdir” - MÜSAHİBƏ

"Neftçi”nin futbolçusu Soni Mustivar klubunun saytına müsahibə verib. 

Apasport.az-ın məlumatına görə, bu gün 30 yaşı tamam olan haitili yarımmüdafiəçi komandadakı durumundan və ad günündən danışıb.

- Özünüzü 30 yaşda necə hiss edirsiniz?
- Özümü gənc hiss edirəm (gülür).

- Həyatınızda ən gözlənilməz hədiyyə hansı olub?
- Ən gözlənilməz hədiyyəni mən bir neçə il əvvəl almışdım. Neçənci il olduğu yadımda deyil, amma hədiyyə "Nintendo 64” oyun konsolu idi.

- Bu günü necə keçirəcəksiniz?
- Doğum günümü həyat yoldaşım və dostlarımla qeyd edəcəm. Qeyri-adi bir şey olmayacaq.

- Artıq bir neçə ildir ki, "Neftçi”dəsiniz. Bu klub sizin üçün nə məna daşıyır?
- "Neftçi” sevgi, emosiya, ehtiras deməkdir.

- Bu mövsüm bir oyunda hətta komandanın kapitanı qismində oynamısınız.
- Bəli və buna görə qurur duyuram. Mənim üçün komandanın hər bir oyunçusu kapitandır. Biz "Neftçi”ni layiqli şəkildə təmsil etməliyik.

- Həftəsonu "Keşlə”yə qarşı keçiriləcək oyun ərəfəsində azarkeşlərə nə deyə bilərsiniz?
- Arzum odur ki, oyuna gəlsinlər. Nə qədər çox olsalar, o qədər də biz güclü olacağıq. Qələbəni bir yerdə yaşayaq!